İdman yazarları mükafatlandırıldı
24 Dekabr 2010 Cümə 23:50
Mükafatçılar sırasında ANS televiziyası da olub
Unibank Premyer Liqasında noyabr və dekabr aylarının ən yaxşı oyunçularının təltifedilməsi mərasimində media nümayəndələri də mükafatlandırılıb. ANS PRESS-in məlumatına görə, tədbirin bədii hissəsindən sonra ötən il ərzində Unibank Premyer Liqasının təbliğ olunmasında rol oynamış televiziya, çap və elektron media təmsilçilərinə Unibank Kommersiya Bankının xüsusi diplomları təqdim edilib. Mükafatçılar sırasında ANS televiziyası da olub. ANS telekanalına bu sahədəki fəaliyyətinə görə xüsusi minnətdarlıq bildirilib.

Tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bütün media nümayəndələrinə minnətdarlığımı bildirib. “Bəzən aramızda soyuqluq yaranır. Lakin bu, mənim tərəfimdən olmur. Əgər iş varsa, tənqid də, tərif də olacaq. Tənqiddən nəticə çıxarmağı bacarmaq lazımdır. Unibank Premyer Liqasının səviyyəsinin ildən-ilə qalxmasında KİV nümayəndələrinin də rolu var”, - deyə R.Musayev əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar