Bakıda axtarışda olan Kürdəmir sakini, 31 yaşlı Rəşad Muradəliyev həbs olunub. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən xəbər verilib. O, Yasamal rayon Polis İdarəsi tərəfindən AR CM-nin 178.2.1, 178.2.2 cə 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə axtarışda olub.
R.Muradəliyev oktyabrın 5-də Kürdəmir rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən tutulub. Bölmə rəisi Nizami Abbasov Milli.Az-a açıqlamasında bildirib ki, R.Muradəliyev Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində "İberiya-press" agentliyinin icraçı direktorudur.
R.Muradəliyev axtarışda olduğu üçün tutularaq Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə təhvil verilib. ANSPRESS
"İberiya-press" agentliyinin direktoru Bakıda həbs olunub
O, bir neçə maddə ilə axtarışda olub.




Şərhlər