Hüseynqulu Bağırov ağac əkdi
27 Noyabr 2010 Şənbə 15:10
Bu gün Bayıl yamacında ETSM-nin təşəbbüsü ilə növbəti iməcilik keçirilib
Bu gün Bakının Bayıl yamacında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə növbəti iməcilik keçirilib. Landşaftın yaşılaşdırılması məqsədi daşıyan aksiya çərçivəsində nazir Hüseyn Bağırov və kütləvi informasiya vasitələrinin nümayəndələri də daxil olmaqla ETSN-in işçiləri 3 min ağac əkib. Yamacın xarakteristikasına uyğun olaraq əsasən Eldar şamı, üzüm və akasiya növləri seçilib.
Qeyd edək ki, ötən ilin yazından bu günə qədər bu kampaniya çərçivəsində 40 minə yaxın ağac əkilib.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib ki, vaxtilə bu ərazidə ağaclar olub: “Onların bir qismi quruyub, bir qismi isə qocalıb sıradan çıxıb. O cümlədən burada yerləşən tikililər bir problemdir. Sürüşmə ərazisində qeyri-qanuni tikililər çox olub. O dövrdə ağaclar da çox sıradan çıxıb”.
H. Bağırovun sözlərinə görə, ETSN keçən mövsüm burada müvəqqəti suvarma sistemi çəkib: “Bu il də onu inkişaf etdirdik. Burada çənlər quraşdırmışıq. Ağaclara hər gün su veriləcək”.
DOSTLARINLA PAYLAŞ: