Hilton Baku hoteli 2011-ci ildə istifadəyə veriləcək
13 İyul 2010 Çərşənbə Axşamı 01:30
Hilton Baku hotelinin sonuncu mərtəbəsində 360 dərəcə fırlanan və bütün Bakı şəhərinin panoramını əhatə edən bar yerləşəcək.
Paytaxtın Azadlıq prospektində (“Azərbaycan” mehmanxanasının yerində) inşa olunan “Hilton Baku” hoteli 2011-ci ildə istifadəyə veriləcək. İnşası “İSR Capital İnvestments” şirkəti tərəfindən aparılan obyektdə tikinti işləri gələn ilin avqust ayında başa çatacaq və mehmanxana fəaliyyətə başlayacaq.

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildiriblər ki, beşulduzlu hotelin ümumi sahəsi 42160 kvadratmetr təşkil edir. Hotelin binası 25 mərtəbədən ibarət olacaq. Bundan əlavə, hoteldə 550 avtomobil üçün bağlı dayanacaq, restoranlar, konsert və sərgi salonları, sağlamlıq, idman və fitnes mərkəzləri, hovuz və s. inşa olunacaq.

Ən maraqlısı odur ki, hotelin sonuncu mərtəbəsində 360 dərəcə fırlanan və bütün Bakı şəhərinin panoramını əhatə edən bar yerləşəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar