Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
10 Dekabr 2010 Cümə 23:40
Turnirin təşkilatçısı Avropa və dünya birinciliklərinin qalibi Oleq Krapivindir
Dekabrın 25-26-da Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə II beynəlxalq turnir keçiriləcək. Turnirin təşkilatçısı Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri, sərbəst güləş üzrə keçmiş Sovet İttifaqının, Avropa və dünya birinciliklərinin dəfələrlə qalibi olmuş Oleq Krapivindir.

Turnirin keçirilməsinə, habelə Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət, İdman Mərkəzi, Ailə, Gənclər və İdman İşləri üzrə Nazirlik, Ukrayna Milli Olimpiya Komitəsi kömək göstərib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar