Heydər Əliyev Azərbaycanın bölgələrində də anılıb
12 Dekabr 2010 Bazar 13:45
Ümummilli liderin abidələri, muzeyi ziyarət edilib, ruhuna dualar oxunub
Azərbaycanın hər yerində olduğu kimi Lənkəranda da ümummilli lider Heydər Əliyevin vəfatının 7-ci ildönümü dahi şəxsiyyətə layiq xatirə tədbirləri ilə anılıb. Bu gün səhər saatlarından başlayaraq minlərlə lənkəranlı şəhərin mərkəzinə - H.Əliyevin adını daşıyan meydana axışaraq ulu öndərin xatirəsəsinə ucaldılmış abidə kompleksini ziyarət edib. Onu müstəqil Azərbaycanın qurucusu adlandıran sakinlər onun xalqın tarixində əvəzsiz rolunu dəyərləndirərək, bu ehtiramı dahi öndərə olan minnətdarlıqları ilə bildiriblər. Onu yad edənlər arasında rayon rəsmiləri ilə yanaşı, məktəblilər, tələbələr, ziyalılar, 2-ci dünya və Qarabağ müharibəsinin veteranları olub.
Heydər Əliyevin abidəsinin önünə əklillər, güllər qoyulub,ruhuna dualar oxunub, Azərbaycan xalqının səadəti yolunda etdiyi fədakarlıqlar bir daha xatırlanıb. Anım mərasimi bu saatlarda da davam edir.

Anım mərasimi Masallıdada keçirilib. Səhər saatlarından başlayan anım mərasiminə rayonun hər yerindən gələn minlərlə sakin qoşulub. Onlar ümummilli liderin adını daşıyan meydanında dahi öndərin xatirəsinə ucaldılmış xatirə abidəsini ziyarət ediblər. Abidənin önünə əklillər,gül-çiçək dəstələri qoyulub, ruhuna dualar oxunub. H.Əliyevin abidəsini ziyarət edənlər arasında rayon rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar, sadə masallılar olub. Abidəni ziyarət etdikdən sonra mərasim iştirakçıları H.Əliyev muzeyinə baş çəkiblər.

Qeyd edək ki, başa çatan həftə hər iki rayonda ümummilli liderin anım həftəsi olub və çox sayda xatirə mərasimləri təşkil olunub.

Ulu öndər Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə bağlı Bərdə rayonunda anma mərasimi keçirilib. Rayon icra hakimiyyətinin (RİH) başçısı İlham Ağayev, YAP rayon təşkilatının fəalları, hüquq mühafizə orqanlarının əməkdaşları, ziyalılar, ağsaqqallar, gənclər, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçəklər qoyaraq əziz xatirəsini hörmətlə yad ediblər. Mərasim iştirakçıları ulu öndərin həyat və fəaliyyətindən bəhs edən “Şəxsiyyət” sənədli filminə baxıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar