Hesablama Palatası yoxlamalara başlayır
25 İyun 2010 Cümə 16:45
Hesablama Palatası yoxlamalara başlayır. Yoxlama Naxçıvan və Zaqatalada aparılacaq.
Azərbaycan Hesablama Palatasının Kollegiyası növbəti auditor yoxlamalarına başlayacaq. Təftiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin və Naxçıvan şəhər Yaşıllaşdırma İdarəsinin saxlanmasına ayrılan vəsaitlərin xərclənməsini əhatə edəcək.

Bundan başqa, Zaqatala rayonu üzrə yerli xərclər, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, Dövlət Baytarlıq Xidməti də yoxlanacaq.

Qanunvericiliyə əsasən, yoxlamalar 10 iş günü ərzində başlamalıdır. Palata həmçinin bir sıra hesabat və rəyləri təsdiq edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar