Ölkə

Hərbi hissələrdəki cinayətləri araşdıracaq qurum yaradılacaq

Milli Məclis bununla bağlı qanun layihəsini təsdiqləyib.

· Xəbərçi
Hərbi hissələrdəki cinayətləri araşdıracaq qurum yaradılacaq
Milli Məclisin (MM) bugünkü iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”ndə əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə edilib. Milli Məclis layihəni təsdiq edib.

Edilən əlavə və dəyişikliklərə əsasənŞ Müdafiə Nazirliyinin Hüquq İdarəsinin tərkibində hərbi hisslərdə baş verən qanun pozuntularını araşdırmaq və təhqiqat aparmaq üçün beş regional idarə yaradılacaq. Bu idarə hərbi hissələrə tabe olmayacaq və müstəqil təhqiqat aparmaq səlahiyyətinə malik olacaq. ANSPRESS

Şərhlər