Hərbçilərimiz NATO kursunda iştirak edəcəklər
15 Fevral 2011 Çərşənbə Axşamı 10:37
Kurslar Almaniyada təşkil olunacaq
Azərbaycan hərbçiləri NATO akademik təlimatçılar kursu çərçivəsində təlimatçı qismində iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kurs 19-29.02.2011 tarixlərində Almaniyanın Oberammerqau şəhərində təşkil olunacaq.
Hərbçilərimiz həmçinin Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, 20.02-11.03.2011 tarixlərində Qoruma-təhlükəsizlik kursu (Ankara, Türkiyə), FTP-dən əlavə olaraq 21.02-04.03.2011 tarixlərində Silahlı münaqişə hüququ kursu (Ankara, Türkiyə), 28.02-11.03.2010 tarixlərində Müəllimlər üçün Hərbi terminologiya kursu (Budapeşt, Macarıstan) və Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən, 28.02-25.03.2011 tarixlərində Döyüş sursatlarını məhvetmə kursuna (İzmir, Türkiyə) qatılacaqlar.
DOSTLARINLA PAYLAŞ: