Azərbaycan Respublikası vətəndaşları 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılacaq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılacaq. Bununla bağlı prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmalı, bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci ilin yanvarın 1-dən 30-dək ehtiyata buraxılmalıdırlar.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına isə bu fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görsülməsi həvalə olunub.
Həqiqi hərbi xidmətə çağırış elan edildi
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb




Şərhlər