Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ilk imtahanlarının nəticələri bəlli olub. Nazirliyin rəsmi saytında yer alan məlumata görə, yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilən imtahanlarda 23 həkim iştirak edib. İmtahan nəticələrinə görə, həkimlərin 92% uğurlu nəticələr əldə ediblər.
İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.
Həkimlərin imtahan nəticələri bəllidir
Sınağa çəkilən tibb işçilərinin 92% uğurlu nəticə əldə edib




Şərhlər