Həftəsonu hava necə olacaq?
03 Dekabr 2010 Cümə 12:50
Havanın temperaturu 7-8 dərəcəyə düşəcək
Bakıda və Abşeron yarımadasında həftə sonu buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hava arabir açılacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Axşam isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-15° isti olacaq.
Dekabrın 5-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-16° isti təşkil edəcək.
Dekabrın 6-da da dəyişkən buludlu, əsasən yağmursuz hava proqnozlaşdırılır. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-18° isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 4-də gündüz hava əsasən yağmursuz olsa da, lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 4-8° isti, gündüz 17-22° isti olacaq.
Dekabrın 5-6-da gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 17-22° isti təşkil edəcək.
DOSTLARINLA PAYLAŞ: