Həftəsonu hava necə olacaq?
26 Noyabr 2010 Cümə 12:00
Paytaxtda havanın temperaturu 18 dərəcəyədək qalxacaq
Həftəsonu Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın əsasən yağmursuz, səhər və axşam bəzi yerlərdə dumanlı keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-16° isti olacaq.

Noyabrın 28-də dəyişkən buludlu, əsasən yağmursuz hava olacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb, qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-18° isti təşkil edəcək.

Noyabrın 29-da da dəyişkən buludlu, əsasən yağmursuz hava davam edəcək. Şimal-qərb küləyi əsəcək,
gecə və səhər arabir güclənəcək, günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-16° isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 27-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-17° isti, dağlarda gecə 4-6° isti, gündüz 10-14° isti olacaq.

Noyabrın 28-29-da gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə olunacaq. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-20°, 29-da 14-16° isti, dağlarda gecə 3-7° isti, gündüz 14-18°, 29-da 9-13° isti təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar