Həftəsonu hava mülayim olacaq
08 Oktyabr 2010 Cümə 11:50
Ayın 11-də axşam buludluluğun artacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında həftəsonu buludlu və tutqun hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidemeteorologiya departamentindən verilən məlumata görə, sabah paytaxtda və yarımadada dəyişkən buludlu, arabir tutulan hava olacaq. Əsasən yağmursuz keçəcək.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 13-15°, gündüz 19-22° olacaq.

Oktyabrın 10-da dəyişkən buludlu,əsasən yağmursuz hava proqnozlaşdırılır. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17°, gündüz 21-24° təşkil edəcək.

Oktyabrın 11-də də dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18°, gündüz 20-23° təşkil edəcək.

Azərbaycanın rayonlarında şənbə günü əsasən yağmursuz hava müşahidə ediləcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-15°, gündüz 18-23°, dağlarda gecə 3-6°, gündüz 11-16° olacaq.

Oktyabrın 10-11-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-17°, gündüz 20-25°, dağlarda gecə 4-8°, gündüz 11-16° təşkil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar