Həftəsonu Bakıda hava necə olacaq?
04 Mart 2011 Cümə 11:21
Yarımadanın bəzi yerlərində külək güclənəcək
Bakıda və Abşeron yarımadasında həftəsonu yağmursuz hava hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məluata görə, martın 5-də paytaxt və yarımadada dəyişkən buludlu, arabir tutqun, əsasən yağmursuz hava gözlənilir. Lakin ayın 4-dən 5-nə keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-9° isti olacaq.

Martın 6-da da dəyişkən buludlu, əsasən yağmursuz hava olacağı ehtimal edilir. Cənub-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 8-12° isti olacaq.

Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcək.

Martın 6-da hava əsasən yağmursuz olsa da, səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 6-11° isti olacaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar