Həftəsonu Bakıda hava buludlu keçəcək
14 Yanvar 2011 Cümə 11:50
Rayonlarda intensiv qar yağacaq.
Bakıda və Abşeron yarımadasında həftəsonu hava buludlu keçəcək. Yanvarın 15-də hava əsasən yağmursuz keçəcək, axşam buludluluğun artacağı gözlənilir. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq.
Yanvarın 16-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclənəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti təşkil edəcək.
Yanvarın 17-də yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Şimal küləyi əsəcək, arabir güclənəcək, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Lakin axşam bəzi şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 1-6° isti olacaq.
Yanvarın 16-17-də də havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: