Həftə sonu Azərbaycan ərazisində 41-42 dərəcə isti proqnozlaşdırılır
13 Avqust 2010 Cümə 13:28
Bakı və Abşeron yarımadasında avqustun 13-də hava günəşli olacaq, şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 37-39, yarımadanın bəzi yerlərində 40, axşam 26-29, Abşeron çimərliklərində dəniz suyunun hərarəti 30-31 dərəcə isti olacaq.
Avqustun 14-də hava az buludlu, yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək. Gecə 22-26, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun hərarəti 30-31 dərəcə isti olacaq.
Avqustun 15-də hava az buludlu, yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək.
Gecə 23-27, gündüz 36-38, bəzi yerlərdə 41 dərəcə isti olacaq.
Avqustun 16-da hava az buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 36-39 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 14-də hava yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 37-39, bəzi yerlərdə 42, dağlarda gecə 16-20, gündüz 29-34 dərəcə isti olacaq.
Avqustun 15 və 16-da hava yağmursuz keçəcək. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 20-25, gündüz 36-38, bəzi yerlərdə 40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq. APA
DOSTLARINLA PAYLAŞ: