Heç kim terrordan sığortalanmayıb
19 Fevral 2011 Şənbə 15:04
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri ölkədə ictimai-siyasi vəziyyətin stabil olduğunu bildirib
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir çox səfirliklərin Azərbaycanda terror təhlükəsi ilə bağlı verdiyi xəbərdarlıqlara münasibət bildirib. ANS TV-nin məlumatına görə, şöbə müdiri qeyd edib ki, ölkədə ictimai-siyasi vəziyyət və kriminogen durum sabitdir.

Əli Həsənovun sözlərinə görə, hər bir ölkənin terrorla, təhlükəsizliklə, öz vətəndaşlarının həyatı ilə bağlı öz standartları var. Şöbə müdiri hər bir Azəbaycan vətəndaşının, eləcə də Azərbaycana gələn vətəndaşların həyatı, sağlamlığı ilə bağlı zəmanət verdiklərini bildirib.

“Lakin bu o demək də deyil ki, kimsə hansısa bir suiqəsddən, terrordan sığortalanıb. Bu hər bir ölkədə Avropada da, Amerikada da baş verə bilər. Kiməsə qarşı hansısa təhlükə həyata keçirilə bilər, ancaq bütövlükdə dövlət olaraq biz vətəndaşlarımızın, Azərbaycanda yaşayan, Azərbaycana qonaq gələn əcnəbilərin təhlükəsizliyi ilə bağlı bütün tədbirləri görürük və bu tədbirlər kifayət qədər effektlidir. Bu dövlətlər arasında olan məsələ deyil. Bundan heç kim sığortalanmayıb. Biz kiməsə bu və ya digər təhlükə barədə öz vətəndaşlarına xabərdarlıq etməsini qadağan edə bilmərik”, deyə Ə. Həsənov bildirib.

"Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırıq verilib və onlar öz strukturlarında baş verən nöqsanları araşdırırlar. Onun aradan qaldırılması ilə bağlı proqramlar hazırlayırlar. Proses nəzarət altındadır. Prezdent Adminisrasiyası bu prosesi sona çatdırcaq”, deyə şöbə müdiri əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar