Ölkə

Hazırda Azərbaycanda 140 vakant hakim yeri var

“Hazırda Azərbaycanda 140 vakant hakim yeri var. Hakimliyə imtahan verən namizədlər sonuncu mərhələdən uğurla çıxsalar, güman ki, ilin sonunadək təyinat alacaqlar”.

· Xəbərçi
Hazırda Azərbaycanda 140 vakant hakim yeri var
APA-nın məlumatına görə, bunu Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev deyib. O bildirib ki, 60 yerə hakim təyin olunduqdan sonra 80 vakant yer qalacaq. Növbəti illərdə də hakimliyə elan veriləcək, boş qalan yerlər tutulacaq.

R. Rzayev bildirib ki, Ali Məhkəmə və Apellyasiya məhkəmələrində yaradılmış İnzibati Kollegiyaların hakim korpusu formalaşıb. APA

Şərhlər