Bakıda və Abşeron yarımadasında bu gün günəşli hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, paytaxtda və Abşeron yarımadasında şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gündüz 35-39°, axşam 28-30°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29° olacaq.
İyulun 27-də şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 26-28°, gündüz 36-39°.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30° isti təşkil edəcək.
İyulun 28-də günəşli hava hökm sürəcək. şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 26-28°, gündüz 36-38°, bəzi yerlərdə 40° çatacaq.
İyulun 29-da da günəşli hava olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 26-28°, gündüz 36-39° təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah şərqküləyi əsəcəyi, havanın günəşli olacağı proqnozlaşdırılır. Havanın temperaturu gecə 22-26°, gündüz 36-39°, bəzi yerlərdə 41°, dağlarda gecə 14-18°, gündüz 26-31° olacaq.
İyulun 28-29-da isə havanın temperaturu gecə 23-28°, gündüz 37-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 15-20°, gündüz 28-33° kimi qalxacaq.
Yaxın 3 gündə Abşeron yarımadasında güclü isti hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də ürək-damar xəstəliyi olan insanlar üçün risklidir. ANSPRESS
Havanın temperaturu 41 dərəcəyə qalxır
Hava şəraiti ürək-damar xəstəliyi olan insanlar üçün riskli olacaq.




Şərhlər