Havalar daha 3 gün isti olacaq
11 Avqust 2010 Çərşənbə 15:15
Dənizdə suyun temperaturu 31 dərəcəyə çatacaq.
Ölkə ərazisində havalar üzümüzə gələn 3 gün ərzində demək olar ki, dəyişməz qalacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, 11, 12,13 avqust tarixlərində Bakıda və Abşeron yarımadasında günəşli hava müşahidə olunacaq və şərq küləyi əsəcək.

Beləliklə, avqustun 11-də havanın temperaturu gündüz 37-39°, bəzi yerlərdə 41°, axşam 30-32°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 30-31°, avqustun 12-də gecə 24-27°, gündüz 36-38°, bəzi yerlərdə 40°, dəniz suyunun temperaturu 30-31°, 13-də isə gecə 24-27°, gündüz 36-38° olacaq.
Avqustun 14-də isə az buludlu, yağmursuz hava müşahidə olunacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27°, gündüz 36-38°, bəzi yerlərdə 40°-yə çatacaq.

Bu günlər ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin avqustun 13-14-də gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 36-39°, bəzi yerlərdə 41°, dağlarda gecə 15-20°, gündüz 28-33° olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar