Hava yağıntılı olacaq
29 Yanvar 2011 Şənbə 04:15
Bakıda və Abşeron yarımadasında mülayim şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 1-3 dərəcə, gündüz müsbət 5-7 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 1-5 dərəcə, gündüz müsbət 6-9 dərəcə, dağlarda gecə 2-7 dərəcə şaxta olacaq, gündüz 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək yüksələcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar