Hava soyuyacaq
29 Oktyabr 2010 Cümə 11:45
Bakıda havanın temperaturu 10-12 dərəcəyədək düşəcək, dağlıq rayonlara qar yağacaq.
Bakıda və Abşeron yarımadasında həftəsonu buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah paytaxt və yarımadada hava gündüz arabir açılacaq. Gecə və səhər zəif dumanlı, çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şimal-şərq, şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 13-15°, günün birinci yarısında 17-19°, günün ikinci yarısında 15°-dək düşəcək.
Oktyabrın 31-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 8-10°, gündüz 11-13° olacaq.
Noyabrın 1-də də arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-12° təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, əsasən gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturu gecə 10-14°, gündüz 15-20°, dağlarda gecə 3-5°, gündüz 8-11° olacaq.
Oktyabrın 31-də, noyabrın 1-də arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır. Dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, 31-də ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 11-15°, dağlarda gecə 2-4°, gündüz 5-7°, yüksək dağlıq ərazilərdə 0°-yə dək düşəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: