Hava şəraitində təzadlı dəyişkənlik
    07 Fevral 2011 Bazar Ertəsi 11:45
    Fevralın 9-u və 10-da müşahidə ediləcək hava ürək-damar xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsiz olacaq
    
                	 
    
         Yeni həftənin ilk günü ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən  yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə  2-4° isti, gündüz  6-8° isti olacaq. 
 
 Azərbaycanın rayonlarında havanın əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq rayonlara  qar yağacağı, gündüz yağıntıların  tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi əsəcək, arabir  güclənəcək. Havanın temperaturu  gecə 2° şaxtadan 3°-dək  isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta,  gündüz  1° şaxtadan 4°-dək isti olacaq. 
 
 Fevralın 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir. Lakin fevralın 9-da atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü cənub küləyinin əsməsi, 10-da isə təzyiqin xeyli yüksəlməsi və arabir güclənən xəzri küləyi ilə əvəz olunması gözlənilir. Hava şəraitinin belə təzadlı dəyişkənliyi ürək-damar xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir. 
 
DOSTLARINLA PAYLAŞ: