Hava şəraiti “təyyarəçilər”ə pis təsir edib
23 Oktyabr 2010 Şənbə 23:55
Nazim Süleymanov: “Bir neçə qol imkanından istifadə edə bilmədik”.
Unibank Premyer Liqasının X turunun açılış oyununda "Qəbələ" doğma meydanda AZAL klubunu qəbul edib. Yağış və dumanlı hava şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Qarşılaşmadan sonra açıqlama verən AZAL klubunun baş məşqçisi Nazim Süleymanov bildirib ki, hava şəraiti bugünkü oyuna təsir edib: “Rəqib komandanın futbolçuları autdan və cərimə zərbələrindən ötürmələrlə qapımız önündə təhlükəli epizodlar yaradıblar. İlk hissədə çox gözəl oyun göstərdik, bir neçə qol imkanından istifadə edə bilmədik. Bu, futboldur, bugün heç bir komanda qələbə qazanmasa da, dostluq qalib gəlib. “Qəbələ”yə uğurlar arzu edirəm”.

“Qəbələ” klubunun baş məşqçisi Toni Adams bildirib ki, “AZAL klubu çox yaxşı komandadır. Son turda ölkə çempionunu 5:0 hesabı ilə məğlub ediblər: " Bugünkü oyunda da bizə qarşı çox yaxşı oynayıblar. AZAL əks-hücumdan çox yaxşı istifadə edir. “Qəbələ” və AZAL daha yaxşı oyun göstərə biliblər, lakin hava şəraiti oyunu korlayıb. Bugünkü qarşılaşmada müdafiəçilərə daha çox yük düşüb. Hər iki komandanın müdafiə xətti əla oynayıb. 1 xal qazandığımız üçün razıyam. AZAL bu mövsüm çox yaxşı oynayır, rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar