Bu gün Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir açılacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 23-26°, axşam 21-23°. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25° olacaq.
Sabah isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir buludluluğun artacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22°, gündüz 26-28° olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25° olacaq.
Avqustun 25-də isə hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23°, gündüz 27-31° oalcaq. Avqustun 26-da isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcəyi, havanın temperaturunun gecə 20-23°, gündüz 28-31° olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə avqustun 24-də gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturunun gecə 17-22°, gündüz 26-31°, dağlarda gecə 11-13°, gündüz 19-24° olacağı proqnozlaşdırılır.
Avqustun 25-26-da isə rayonlarda gündüz əsasən yağmursuz, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək və havanın temperaturu gecə 18-23°, gündüz 28-33°, dağlarda gecə 11-15°, gündüz 19-24° olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti və meteoroloji amillərin zəif və mülayim tərəddüdləri əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir. ANSPRESS
Hava nisbətən isinəcək
Tempeteratur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.




Şərhlər