Hava dəyişkən buludlu, yağmursuz keçəcək
16 Avqust 2010 Bazar Ertəsi 13:35
Çimərliklərdə dəniz suyunun temperaturu 29-30° olacağı gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şərq, cənub-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar bürosundan ANS PRESS-ə verilən məlumata görə, havanın temperaturu gündüz 36-39°, axşam 27-30° olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30° olacağı gözlənilir.

Sabah avqustun 17-də hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 35-38° olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30° olacaq.

Avqustun 18-də dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-37° olacaq.

Avqustun 19-da hava az buludlu, yağmursuz keçəcək. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25°, gündüz 36-39°, bəzi yerlərdə 40° olacağı ehtimal olunur.

Azərbaycanın rayonlarında isə sabah əksər rayonlarda yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 35-38°, dağlarda gecə 14-19°, gündüz 26-30° olacaq.

Avqustun 18-19-da isə hava əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli leysan xarakterli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 36-39°, 19-da bəzi yerlərdə 41°,
dağlarda gecə 14-19°, gündüz 26-30° olacaq.

Tibbi-meteoroloji proqnoza görə, isə yaxın 3 gün ərzində Abşeron yarımadasında isti temperatur diskomfortu və ayrı-ayrı saatlarda havada nisbi rütubətliyin çox olması gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar