Hakimlərin Seçki Komitəsinə yeni sədr seçilib
21 İyun 2010 Bazar Ertəsi 20:15
Yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsinin ilk iclası keçirilib.
Məhkəmə-Hüquq Şurası tərəfindən yüksək məhkəmə hakimlərindən, habelə ədliyyə, prokurorluq, Şuranın aparatı, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşünas-alimdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsinin ilk iclası keçirilib. Bu barədə Hakimlərin Seçki Komissiyasının yaydığı məlumatda qeyd olunub.

İclasda bir sıra təşkilati məsələlərə baxılıb, Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyev Hakimlərin Seçki Komitəsinin sədri seçilib.

İclasda, həmçinin hakimliyə namizədlərin seçilməsi prosesinin hazırkı durumu, tədris kurslarının nəticələri üzrə yazılı və şifahi imtahanların təşkili və digər məsələlər müzakirə olunub.

Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək, ölkəmizdə məhkəmə fəaliyyətinin müasirləşdirilməsi sahəsində əldə edilmiş müsbət nəticələri vurğulayaraq, məhkəmə fəaliyyətinin təşkilində Hakimlərin Seçki Komitəsinin mühüm rolunu qeyd edib.

Tədbirdə məhkəmə sisteminin mənəvi cəhətdən saf və hazırlıqlı hakimlər hesabına komplektləşdirilməsi məqsədilə Azərbaycanda hakimliyə namizədlərin seçilməsinin ən mütərəqqi və şəffaf qaydalarının müəyyən edilməsi vurğulanıb. Qeyd olunub ki, son illər ərzində çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə 2200 namizədlə aparılmış seçim prosedurları nəticəsində 157 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin edilmiş, 80 nəfər namizəd hakim vəzifələrinə hazırlanmaları üçün bir illik kurslara cəlb olunub, onların məhkəmələrdə, o cümlədən xarici ölkələrdə staj keçməsi təşkil olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar