Ölkə

Hacıların ikinci qrupu vətənə bu gün qayıtmalıdır

QMİ rəsmisi: "Təyyarəyə hava dəhlizi verilən kimi gələcəklər”

· Xəbərçi
Hacıların ikinci qrupu vətənə bu gün qayıtmalıdır
Təyyarə ilə vətənə dönən azərbaycanlı hacıların ikinci qrupu bu gün vətənə qayıtmalıdır. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, Ciddə şəhərinə artıq təyyarə göndərilib.

“İkinci təyyarə bu gün günorta Bakıda olmalıdır. Təyyarəyə hava dəhlizi verilən kimi gələcəklər”.

Avtobus karvanları da artıq yola çıxıblar. R.Dadaşova avtobusların birinci karvanının noyabrın 24-ü, ikincisinin isə 25-də çatacağını planlaşdırdıqlarını qeyd edib.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 2 min yer ayrılıb və ayrılan kvotanın hamısı dolub. Zəvvarlar 46 avtobus karvanı, 4 təyyarə reysi ilə yollanmışdılar. Hacıların ilk qrupu bu gecə təyyarə ilə Bakıya qayıdıb.

Şərhlər