Ölkə

Gürcüstandan Bakıya gələn yük qatarı relsdən çıxıb

Dəmir yolunun sıradan çıxmış hissəsinin bərpası istiqamətində işlər aparılır

· Xəbərçi
Gürcüstandan Bakıya gələn yük qatarı relsdən çıxıb
Gürcüstandan Bakıya gələn 2101 nömrəli yük qatarının lokomotivi Ağstafa rayonunun ərazisində qəzaya uğrayıb. Lokomotiv Azərbaycan dəmir yolunun Ağstafa stansiyasından ayrılarkən relsdən çıxıb. Qəza nəticəsində qatarın vaqonları aşmasa da, lokomotiv yoldan çıxaraq hərəkətsiz vəziyyətdə dayanıb.

Ağstafa stansiyasının rəisi Lətif Nağıyevin sözlərinə görə, lokomotivin relsə qaldırılması və dəmir yolunun sıradan çıxmış hissəsinin bərpası istiqamətində işlər davam etdirilir.

Şərhlər