Ölkə

Gürcüstanda Heydər Əliyevin anım mərasimi keçirilib

GAK Azərbaycanın ümummilli liderinin xatirəsini anıb

· Xəbərçi
Gürcüstanda Heydər Əliyevin anım mərasimi keçirilib
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) dekabrın 12-də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə əlaqədar anım mərasimi keçirib. Təşkilatdan ANS PRESS-ə verilən məlumata görə, GAK üzvləri və gənc fəallar Tiflisdə Heydər Əliyevin büstü önünə əklil qoyub və ruhunu dərin ehtiramla yad ediblər. Daha sonra GAK-ın ofisində “Heydər Əliyev və Gürcüstan” mövzusunda dəyirmi masa keçirilib.

GAK sədri Əli Babayev dəyirmi masa iştirakçılarına Heydər Əliyevin Gürcüstan və Azərbaycan arasında dostluq əlaqələrinin dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb.

Şərhlər