Gömrükdə "bir pəncərə" olacaq
28 Fevral 2011 Bazar Ertəsi 22:51
Burada ödənişlər yalnız bank və post terminallar vasitəsi ilə aparılacaq, növbələr isə rəqəmli olacaq
Gömrük sistemində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması, habelə "Vahid pəncərə" sisteminə keçid qısa bir zaman ərzində başa catacaq. Bu barədə Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov bildirib. O qeyd edib ki, analoji tədbirlər yaxın vaxtlarda Yol Polisi sistemində də həyata keciriləcək.
“Biz artıq gömrükdə “bir pəncərə” sisteminin tədbiqinə başlayacağıq. Misal üçün hər hansı bir şəxs avtomobil gətirirsə, onun gömrük rəsmiləşdirilməsinin aparılması, dövlət qeydiyyatına alınması, daimi uçota salınması, texniki pasportun verilməsi, dövlət nömrələrinin verilməsi və sair, bütün bunlar hamısı bir pəncərədə olacaq. Və bu prosedur qısa bir müddətdə baş verəcək. Burada nəğd pul olmayacaq, ancaq bank və post terminallar vasitəsi ilə ödənişlər aparılacaq. Növbələr isə rəqəmli olacaq”, - deyə Ələsgərov əlavə edib.
DOSTLARINLA PAYLAŞ: