Bu barədə APA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Mərkəzi qərargahı Kiyev şəhərində yerləşən, əsasən MDB ölkələri və bir neçə Avropa dövlətinin təmsil olunduğu Generallar İttifaqı N. Orucovu xüsusi mükafatla təltif edib.
General N. Orucov eyni zamanda Ukrayna Daxili İşlər Nazirliyinin yaranmasının 70 illiyi münasibətilə təsis edilmiş yubiley medalı ilə də təltif olunub. Medalı N. Orucova Azərbaycan Daxili Qoşunlarının komandan müavini, general-mayor Fəxrəddin Səmədov təqdim edib. APA
General-mayor Novruzəli Orucov Generallar İttifaqı beynəlxalq təşkilatının üzvü seçilib
Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov Generallar İttifaqı beynəlxalq təşkilatının üzvü seçilib.




Şərhlər