Gənclər və idman naziri Almaniyaya gedir
24 Noyabr 2010 Çərşənbə 11:55
Azad Rəhimov Frankfurtda keçiriləcək Dünya Azərbaycanlı gənclərinin I konqresində iştirak edəcək
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Almaniyaya səfər edəcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, nazir Frankfurt şəhərində noyabrın 26-da gerçəkləşəcək Dünya Azərbaycanlı Gənclərinin I konqresində iştirak edəcək.

Qeyd edək ki, konfrans “Azərbaycan Gəncliyi Dövlət Proqramına” müvafiq olaraq keçirilir. Almaniyaya səfəri çərçivəsində nazir 29 noyabr tarixində Berlin şəhərində yerləşən Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının açılması münasibəti ilə “Azərbaycan Elm və Mədəniyyət Həftəsi”nin tədbirlərinə qatılıb, Alman- Azərbaycan əlaqələrinin inkişafında gənclərin rolu mövzusunda keçiriləcək müzakirələrdə çıxış edəcək.







DOSTLARINLA PAYLAŞ:

oyunlar