Dumanlı hava şəraitinə görə Heydər Əliyev Beynəlxalq Hava Limanı bu gecə saat 01:30 radələrindən səhər saat 09:30-dək uçuşlar üçün bağlı qalıb. "Azərbaycan Hava Yolları" QSC-nin xidmət rəisi Məhərrəm Səfərlinin ANS PRESS-ə verdiyi məlumata görə, bu səhər saatlarında Aktau-Bakı, İstanbul-Bakı, Tehran-Bakı, Moskva -Bakı, Həştərxan-Bakı aviareysləri görmə məsafəsinin zəifliyi ilə bağı Bakıya enə bilməyiblər. Bu səbəbdən 5 təyyarə Gəncə hava limanına enib.
Gəncə aeroportunun rəisi Bəylər Nəcəfov ANS-ə bildirib ki, Gəncə hava limanına saat 04:30-da Moskva, 05:03-də Həştərxan, 05:52-də İstanbul, 07:17-də Aktau sərnişin təyyarəsi və saat 09:27-də Əfqanıstanın Qəndəhar şəhərindən gələn yük hava gəmisi eniş edib. Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanı öz işini bərpa edən kimi bütün sərnişin təyyarələri saat 10:00 radələrində paytaxta yola salınıb.
B. Nəcəfovun sözlərinə görə, Almaniyaya yük daşıyan Əfqanıstana məxsus təyyarə isə Gəncə aeroportunda yanacaq doldurduqdan sonra öz yoluna davam edəcək. ANSPRESS
Gəncəyə enən təyyarələr yenidən Bakıya qayıdıb
Əfqanıstana məxsus təyyarə isə Gəncə aeroportunda yanacaq doldurduqdan sonra yoluna davam edəcək.




Şərhlər