Gəncə sakini mənzilinin bir otağını muzeyə çevirib
02 Mart 2011 Çərşənbə 14:51
Muzeydə Qarabağda döyüşmüş bir neçə şəhiddən Elnarəyə yadigar qalan eksponatlar saxlanılır
Gəncə şəhərinin 44 yaşlı sakini Elnarə Tağıyeva ikiotaqlı mənzilinin bir otağını “vətənpərvərlik muzeyi”nə çevirib. Elnarə Tağıyevanın bu işi görməkdə əsas məqsədi şəhidlərlə bağlı indiyədək heç kimə məlum olmayan əşyaları toplayaraq gənc nəslə çatdırmaqdır.

15 Milli qəhrəmanla bağlı əşyaların da toplandığı muzeydə onun şəxsən tanıdığı insanlar haqqında məlumatlar yer alıb. Ən maraqlısı odur ki, muzeydə Qarabağ uğrunda mərdliklə döyüşmüş bir neçə şəhiddən Elnarəyə yadigar qalan siqaret qutuları və alışqanlar da saxlanılır. Həmin döyüşçülər öz əlləri ilə bu siqaret qutularının üzərinə imza atıblar.

Artıq 19 ildir ki, bu kiçik otaqda Azərbaycanın Milli qəhrəmanlarının, eləcə də şəhid döyüşçülərin əziz xatirəsini yaşadan Elnarə Tağıyeva onda çoxlu sayda xatirə əşyalarının olduğunu bildirir və bu yadigarların nümayişi üçün şərait yaradılmasını arzu edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar