Gəncə Polisinə yeni xidmət avtomobilləri verilib
23 Avqust 2010 Bazar Ertəsi 18:00
Bununla da İdarədə olan avtomobillərin sayı 61-ə çatıb.
Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən Gəncə şəhər Polis İdarəsinə yeni xidməti avtomobillər verilib. Kəpəz TV-nin yaydığı məlumata əsasən, ümumilikdə son bir ildə Nazirlik tərəfindən idarəyə 40 -a yaxın yeni xidməti avtomobil göndərilib.

Məlumata görə, 12 ədəd "FİAT DABLO" markalı avtomobil və Yaponiya istehsalı olan 2 ədəd "YAMAHA" motosikleti verilib ki, motosikletlərdən fəxri qonaqların müşayiəti zamanı da istifadə ediləcək. 350 kiloqram çəkiyə, 240 mil sürətə malik olan bu motosikletlər şəhərin mərkəzi küçələrində və avtomobillərin sıx hərəkət etdiyi ərazilərdə xidmət aparacaq.

Gəncə şəhər Polis İdarəsi qarşısında təşkil olunan mərasimdə yeni avtomobillərin açarları sürücülərə təqdim edilib. Daha sonra ümumilikdə qarnizonda olan avtomobillərə baxış keçirilib.

Bununla da Gəncə şəhər Polis İdarəsinin tabeliyində olan şöbə və bölmələrə verilən xidməti maşınların sayı 61 -ə çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar