Ölkə

Gəncə Avtovağzalında gediş haqqı artıb?

Sakinlər gediş haqqlarının artdığını, avtovağzal müdiri isə deyilənlərin həqiqətə uyğun olmadığını iddia edir.

· Xəbərçi
Gəncə Avtovağzalında gediş haqqı artıb?
Gəncə şəhər Avtovağzalında gediş haqqı süni surətdə qaldırılıb. Bu barədə Gəncə şəhər sakini Gülməmməd Zamanov ANS PRESS-ə şikayətində bildirib.

“Gəncədən Bakıya gedən avtobusda gediş haqqı süni olaraq artıb. Nə qədər axtardıq, bilet tapa bilmədik. 6 manata olan bileti bizə 10 manata verdilər”, söyləyən G. Zamanov hər bayramqabağı və dərslərin başlamasına 2-3 gün qalan vaxtda avtobusların gediş haqqının artdığını bildirdi.

Məsələ ilə əlaqədar Gəncə Avtovağzal Açıq Səhmdar Cəmiyyətinin müdiri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında gediş haqqının artmadığını bildirdi. “Gediş haqqları artmayıb. Gəncədən Bakıya bilet 6 manatdır. Bayram və digər əlamətdar günlərdə mən şəxsən nəzarət edirəm ki, sürücülər gediş haqqlarını süni olaraq qaldırmasınlar. Düzdür, hazırda əhali sıxlığı müşahidə olunsa da, biletlərin qiymətində heç bir artım yoxdur. Ola bilsin ki, sürücünün yanında öz şəxsi iki yeri olur. Həmin yeri sürücü kimə istəsə verə bilər. Bəlkə, sizə şikayət edən şəxsə həmin yer baha qiymətə təklif edilib. Amma, mən tam məsuliyyətimlə bildirirəm ki, heç bir qediş haqqı artımı olmayıb”, - deyə Namiq Həsənov vurğuladı. ANSPRESS

Şərhlər