Ölkə

Gənc reperin ölümü dostlarını kamera qarşısına topladı

26 yaşında dünyasını dəyişən Rüfət Əfəndiyevin xatirəsinə yazılan mahnının klip çəkilişlərinə başlanılıb

· Xəbərçi
Gənc reperin ölümü dostlarını kamera qarşısına topladı
“"Klan-A-Plan” qrupunun solisti, “Ryder” ləqəbi ilə tanınan Rüfət Əfəndiyevin ölümündən 40 gün ötüb. ANS PRESS-in məlumatına görə, 26 yaşında dünyasını dəyişən reper Rüfət Əfəndiyevin xatirəsinə yazılan mahnının klip çəkilişləri artıq başlayıb.

Qeyd edək ki, “Səninlə” adlı trekdə Roza Zərgərli, Rəhim Rəhimli, Sahib, Zaur Əmiraslanov, Ramin İbrahimov, Uran, Jay Meel, Elmir (“Dəyirman”), Teoram və “Klan-A-Plan” qrupu ifa edib.

Şərhlər