Gələn il ölkədə nə qədər taxıl istehsal ediləcək?
27 Noyabr 2010 Şənbə 15:05
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məlumat verib
Azərbaycanda taxıl səpini başa çatmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin ANS TV-yə verdiyi məlumata görə, proses dekabrın 15-dək yekunlaşacaq. Ümumilikdə 900 min hektar ərazidə taxıl əkiləcəyini deyən nazirlik rəsmisi, gələn il ölkədə builkindən 400 min ton çox, yəni 2 milyon 500 min ton taxıl istehsal ediləcəyini bildirib.
Onun sözlərinə görə, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramına uyğun olaraq bu ilin payızında 900 min hektar ərazidə taxıl əkilməsi nəzərdə tutulub: “Artıq 830 min hektar ərazidə şum qaldırılıb. Burada da təxminən 600 min hektar artıq əkilib”.
S. Vəliyev deyir ki, qısa müddətdə taxıl biçini başa çatacaq: “900 min hektarın 645 mini buğdadır. 246 min hektarda isə arpa əkiləcək. 2 milyon yarımdan çox istehsal proqnozlaşdırılır. 900 min hektar əkilsə, proqrama uyğun şəkildə buğda istehsal ediləcək”.
DOSTLARINLA PAYLAŞ: