Gələn həftə Milli Məclisin ilk iclası keçirilə bilər
24 Noyabr 2010 Çərşənbə 16:05
Bahar Muradova: “Bu Konstitusiya Məhkəməsinin qərarından asılı olacaq”
“IV çağırış Milli Məclisin ilk iclası yaxın bir həftə ərzində keçirilə bilər”. Bu barədə ANS-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova məlumat verib.
O bildirib ki, Konstitusiya Məhkəməsinin qərarından asılı olaraq üzümüzə gələn həftə parlamentin ilk iclası keçirilə bilər. Bahar Muradovanın sözlərinə görə, yeni formalaşdırılan parlamentin müzakirəsinə çıxarılacaq ilk məsələ isə Milli Məclisin yeni rəhbərliyinin seçilməsi olacaq.
DOSTLARINLA PAYLAŞ: