Gələn həftə Bakıda 40 dərəcə isti olacaq
02 İyul 2010 Cümə 14:10
Bəzi rayonlarda havanın temperaturu 42° dərəcəyə kimi artacaq.
Bakıda və Abşeron yarımadasında bu gün əsən şimal-qərb küləyi arabir yarımadanın bəzi yerlərində güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gündüz 30-34°, axşam 24-27 °, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° olacaq.

İyulun 3-də az buludlu, yağmursuz hava olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 21-24°, gündüz 32-35°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək.

İyulun 4-də havanın günəşli olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-25°, gündüz 35-38° təşkil edəcək.

İyulun 5-də şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25°, gündüz 35-38°, bəzi yerlərdə 40° olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şimal-sərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 34-39°, dağlarda gecə 13-18°, gündüz 26-31° isti olacaq.

İyulun 4-5-də hanın əsasən yağmursuz keşəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 13-18°, gündüz 28-33° olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar