Gədəbəyin bir kəndi ilə əlaqə kəsilib
17 İyul 2010 Şənbə 12:05
Güclü yağış nəticəsində kəndə gedən yeganə yoldakı körpü yararsız hala düşüb.
Azərbaycanın Gədəbəy rayonunun Çalburun kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Bu barədə ANS PRESS-ə kənd sakinləri məlumat verib.

Məlumata görə, son 2-3 gündə rayona yağan yağışlar nəticəsində iyulun 16-sı axşam saatlarında rayonun Çalburun kəndinə gedən yeganə yoldakı körpü dağılaraq yararsız hala düşüb. Nəticədə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Gədəbəy rayon icra hakiminin birinci müavini Yusif Cəfərov ANS PRESS-ə açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı iş aparılır. Əraziyə baxış keçirilib. Y. Cəfərov onu da qeyd edib ki, yağan yağış nəticəsində kəndin yollarına və elektrik təsərrüfatına ciddi ziyan dəyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar