FinansLizinq istiqrazlarının yeni emissiyasına başlayır
29 Dekabr 2010 Çərşənbə 13:00
Lizinq şirkəti nizamnamə kapitalını 400 min manat artırır
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “FinansLizinq” MMC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.
Dövlət qeydiyyat nömrəsi AZ200500657, emissiyanın həcmi 400 000 manat, yerləşdiriləcək istiqrazların sayı 800 ədəd, bir istiqrazın nominal dəyəri 500 manat, istiqrazların tədavül müddəti 720 gün, istiqraz üzrə gəlirlilik 15 faiz, faiz ödəniş dövrünün müddəti 30 gün, anderrayter “Caspian Financial” MMC-dir.
Istiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.
DOSTLARINLA PAYLAŞ: