FHN: ""Gənc alim" yaşayış binasında indidən zəifləmələr müşahidə olunur"
21 Yanvar 2011 Cümə 12:35
Xalid Nəcəfov: “ Ola bilsin ki, sakinlərin müəyyən hissəsi müvəqqəti olaraq köçürülsün”.
Fövqəladə Hallar Nazirliyi (FHN) ötən il Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən 50-yə yaxın bina aşkar edib. Paytaxtda tikilmiş bu qədər yaşayış binası müvafiq dövlət komissiyasının qeydiyyatından keçməyərək istismara verilib. Bunu jurnalistlərə açıqlamasında FHN-nin Tikintiyə nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov bildirib.

Onun sözlərinə görə, hazırda bu binalar istismardadır, lakin bununla bağlə FHN-in rəsmi qərarını alınmayıb: “Həmin binalarda yoxlamalar aparılır, layihəyə uyğunluğu yoxlanılır, təhlükəsizliyə nə qədər cavab verməsi araşdırılır: Belə binların bir nəçəsində pozuntular aşkarlanıb. Bu binaların birində hətta sakinlərin köçürülməsi gözlənilir”.

X.Nəcəfov deyir ki, Bakının Yeni Yasamal qəsəbəsində artıq bir neçə il istismarda olan “Gənc alim” yaşayış binasında indidən zəifləmələr müşahidə olunur: “Hazırda bu zəifləmələrin aradan qaldırılması üçün işlər aparılır. Ola bilsin ki, sakinlərin müəyyən hissəsi müvəqqəti olaraq köçürülsün. Binada aşkar olunmuş nöqsanlar aradan qaldırıldıqdan və binanın keyfiyyəti yenidən yoxlanıldıqdan sonra köçürülən sakinlər mənzillərinə qayıda biləcək”.

X.Nəcəfov həmçinin bildirib ki, ümumiyyətlə Bakıda yeni tikilmiş yaşayış binalarında müşahidə olunan problemlər onların mərtəbələrinin layihədə nəzərdə tutulandan daha çox olması ilə bağlıdır. Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbəri qeyd edib ki, belə binaların bəzilərində bir neçə mərtəbə artıq sökülüb.

FHN-in əməkdaşı vətəndaşlara mənzilə köçməmişdən əvvəl FHN-in qərarı olduğunu dəqiqləşdirməyi məsləhət görüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar