FHN Aviasiya qrupu bu səhər İsrailə yola düşəcək
04 Dekabr 2010 Şənbə 06:45
Baş vermiş hadisə ilə əlaqəsi olduğu güman edilən 2 nəfər şübhəli şəxs qismində saxlanılıb
İsraildə Hayfa şəhəri yaxınlığında yerləşən Daliyat Əl Kamel kəndində meşənin yandırılması ilə bağlı olaraq iki nəfər kişi saxlanılıb.Video kameraların qeydə aldığı görüntülərdə hər iki şəxsin Murka məəbədi yaxınlığında şübhəli əşyalar atdığı görünür. Polis bu şübhəli əşyaların yandırıcı maddə olduğunu istisna etmir. Şübhəli şəxslər Hayfa polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Ancaq polis hələlik saxlanılan şəxslərin meşə yanğınında günahkar olmasını deməyə əsas olmadığını bildirib.

Hayfa yanğın mühafizəsinin məlumatına görə isə yanğının mənbəyi Karmel dağındakı Osafiya kəndindəki evin qarşısındakı zibil tullantılıradır. Amma bunun qəsdən və ya səhlənəkarlıq nəticəsində baş verdiyi hələlik məlum deyil. Araşdırma davam edir.

Xatırladaq ki, İsraildə baş verən meşə yanğınları nəticəsində 41 nəfər həlak olub,17 min insan isə evakuasiya edilib.Yanğın nəticəsində bir neçə yaşayış məntəqəsi və 10 kvadrt km meşə sahəsi yanıb.

Türkiyə, Rusiya, İspaniya, İtaliya, Yunanıstan, Kipr və digər dövlətlər İsrailə yanğınla mübarizədə yardım göstəriblər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya qrupu isə bu səhər hadisə yerinə yola düşəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar