Fevralın 11-də növbəti imtahan keçiriləcək
08 Fevral 2011 Çərşənbə Axşamı 16:35
Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər imtahan verəcək
Bu il fevralın 11-də Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün test imtahanı keçiriləcək. Nazirliyin Dövlət Sığorta Nəzarəti Xidmətinin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, əvvəlki imtahanlarda iştirak etmiş, lakin keçməmiş və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də imtahanda iştirak üçün fevral ayının 10-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə (+99412 404 46 99) saxlaya bilər.
Qeyd edək ki, imtahan “Sığorta fəaliyyəti haqqında” qanunun müvafiq maddəsinin tələbinə, həmçinin “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları”na uyğun keçirilir.
DOSTLARINLA PAYLAŞ: