Fevralda 1,8 milyard kv/s elektrik enerjisi istehsal edilib
07 Mart 2011 Bazar Ertəsi 17:01
1,6 milyard kv/s-dan artıq enerji istehsalı İstilik Elektrik Stansiyalarının payına düşür
Bu ilin fevral ayında ölkənin enerji sistemində 1,8 milyard kilovatsaata (kv/s) yaxın elektrik enerjisi istehsal edilib. “Azərenerji” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,6 milyard kv/s-dan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kv/s-a yaxın elektrik enerjisi istehsalı düşür.

Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Gürcüstan, Türkiyə və İran İslam Respublikası ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Qeyd edək ki, bu ilin 2 ayı ərzində enerji sistemində 3,6 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, ondan da 3,4 milyard kilovatsaata yaxını İES-lərin payına düşür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar