Fərid Əhmədov və Əhməd Abdullayev ölümündən 24 saat əvvəl
16 Dekabr 2010 Cümə Axşamı 05:45
Ermənilərin Fəridi öldürən əsgərə hansı mükafatı verdiyi də bu proqramda göstəriləcək
Bu gün “ANS” TV-nin “Ölümündən 24 saat əvvəl” layihəsində 4 ay əvvəl sərhəd bölgəsində qəhramancasına həlak olmuş Fərid Əhmədov və Əhməd Abdullayevin son 24 saatına işıq tutulacaq. İradə İsaqın hazırladığı verilişdə bu döyüşü gözləri ilə görən şahid əsgər danışacaq və ermənilərin Fəridi öldürən əsgərə hansı mükafatı verdiyini də bu proqramda görəcəksiniz.

Bundan başqa Mübariz İbrahimov və Fərid Əhmədovun cəsədlərinin dəyişdirildiyi vaxt çəkilmiş eksklüziv video görüntülər də “Ölümündən 24 saat əvvəl” tele layihəsində təqdim olunacaq.

Şəhid əsgərlərin qohumlarına aid fikirlərin də səsləndirildiyi “Ölümündən 24 saat əvvəl” verilişi bu axşam saat 20.00-də “ANS”-in efirində nümayiş olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar