“Eurovision” müsabiqəsinin yeni icraçı direktoru təyin edilib
27 Noyabr 2010 Şənbə 11:40
Avropa Yayımları Birliyi (EBU) “Eurovision” müsabiqəsinin yeni icraçı direktorunu seçib.
EBU-nun mətbuat xitmətindən APA-ya verilən məlumata görə, bu vəzifəyə Jon Ola Sand təyin edilib. J. O. Sand bu vəzifənin icrasına 2010-cu il yanvarın 1-dən başlayacaq. O, səkkiz il bu vəzifəni icra edən Svante Stokseliusu əvəz edəcək. Məlumatda bildirilib ki, bu vəzifəni icra etmək üçün təxminən 10 ölkədən 40-a yaxın şəxs namizədliyini irəli sürüb.
J. O. Sand 15 il Norveçin “NRK” və “TV 2” televiziya kanallarında fəaliyyət göstərib. O, həm də Beynəlxalq Televiziya Akademiyasının üzvüdür. Bu akademiya hər il “Emmy” mükafatının təşkilatçılığında iştirak edir. 1998-2005-ci illərdə J. O. Sand Norveçin “Eurovision” nümayəndə heyətinin rəhbəri olub. 2005-ci ildən isə NRK-nın redaktor vəzifəsində çalışıb.
EBU rəsmisi Jørgen Franck yeni icraçı direktor Jon Ola Sandı təbrik edib və onun Svante Stokseliusu yaxşı əvəz edəcəyinə, bu müsabiqədə çoxsaylı inkişaflara imza atacağına əmin olduğunu əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar